Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 07:36-da baş verib. Yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında qeydə alınıb.
Dağıntı və tələfat barəsində məlumat yoxdur.