Gürcüstanda ABŞ-nin Avropa Komandanlığının xüsusi qərargahı yaradılacaq

Bu il Gürcüstanda ABŞ ilə birgə “Trojan Footprint” və “Noble Partner” çoxmillətli hərbi təlimlər keçiriləcək. Gürcüstanın bu təlimlərdə fəal iştirakı ölkənin müdafiə qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına xidmət edəcək.

Bu barədə Gürcüstanın Baş nazir postuna namizəd İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi “Avropa dövlətinin qurulması naminə” adlı dörd illik hökumət proqramında deyilir.

Sənəddə bildirilir ki, Gürcüstanda 2024-cü ildə ABŞ-nin Avropa Komandanlığının xüsusi qərargahı yaradılacaq. Bundan əlavə, gürcü hərbçiləri ABŞ-nin xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcəklər.

Qeyd olunub ki, ABŞ-nin maliyyə dəstəyi çərçivəsində bu il Gürcüstanın Müdafiə Nazirliyi ölkənin müdafiə qüvvələrinin hərbi texnikasının modernləşdirilməsi məqsədilə 50 milyon dollardan çox vəsait alacaq. (Azərtac)

Əvvəlki məqalə

Qəzzada ölənlərin sayı 27 365-ə çatıb

Sonrakı məqalə

“E-Polis” mobil tətbiqi ilə məhkumluq haqqında arayış almaq olar