Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili 5 il müddətinə həbs edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərar Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Sabiq nazir ötən il iyunun 20-21-də Tbilisidə parlament binası qarşısında baş tutan polis-vətəndaş qarşıdurması ilə əlaqədar həbs olunub.