“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO)Cilk dəfə iki xanımı – Röya Ələkbərlini və İradə Astanovanı motorçu kimi işə qəbul edib.
Azpost bildirir ki, bu barədə qurumdan məlumat verilib.
Onlar Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasının 2024-cü il məzunlarıdırlar. İradə Astanova sözügedən ixtisasın Azərbaycan dili bölməsində, Röya Ələkbərli isə ingilis dili bölməsində təhsil alıb.
Hər iki xanımın hədəfli gələcəkdə baş mexanik vəzifəsinə yüksəlməkdir.
İradə Astanova “Prezident Heydər Əliyev” tankeri, Röya Ələkbərli isə “Culfa” tankerində fəaliyyətə başlayıb. Bu gəmilər Xəzər dənizinin ən böyük tankerlərindən sayılır.
Qeyd edək ki, bundan əvvəl ASCO ADDA məzunu olan ilk xanım matrosunu işə qəbul etmişdi. Matros Nuranə Əkbərzadə hazırda RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində uğurla çalışır.