Gəncədə evdə müğənni və rəqqasənin meyitləri tapıldı-FOTO

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının Gəncə şəhəri, Atatürk prospekti, 164 ünvanında yerləşən kirayə evdə meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub. (APA)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.