Həbs edilən sabiq idarə müdiri 53 min manat rüşvət alıb- RƏSMİ

Rüşvət almaqda təqsirləndirilən keçmiş vəzifəli şəxs həbs olunub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 2017-2022-ci illərdə Quba Rayon Təhsil şöbəsinin müdiri (hazırda ləğv olunub) və 27 noyabr 2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Rüfət Hacıyevin işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də, xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ətraflı
İlkin sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Əvvəlki məqalə

Azərbaycanda bir ildə 649 piyadanı avtomobil vurub

Sonrakı məqalə

Bu şəxslər işə düzələndə 4615 manat əlavə ödəniş alacaqlar