Həbsdə olan 72 yaşlı sabiq baş həkimlə bağlı protestə baxılıb

Külli miqdarda mənimsəmədə təqsirli bilinərək məhkum edilmiş sabiq baş həkim, 72 yaşlı Rəsul Baxşəliyevlə bağlı qərardan verilmiş protest və şikayətə baxılıb.

Prokuror Rəsul Baxşəliyevə təyin olunmuş cəzanın ağırlaşdırılmasını, müdafiə tərəfi isə cəzanın yüngülləşdirilməsini istəyib.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi hakimlər heyəti şikayətlərin heç birini əsaslı hesab etməyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Rəsul Baxşəliyev 1992- 2021-ci illərdə Bakı şəhəri, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olub.

 

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlər zamanı sabiq baş hakim Rəsul Baxşəliyev, iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova və xəstəxananın digər əməkdaşları Əli Əliyev və Afət İbrahimova barəsində cinayət işi başlanılıb.

 

İttihama görə, Rəsul Rəsulov işə gəlməyən bir neçə şəxsin adını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirərək ümumilikdə 629 min manat pul mənimsəyib.

 

Təqsirləndirilən Zinyət İsmayılova və digər iki nəfər isə cinayət əməlində baş həkimə köməklik göstəriblər.

 

Rəsul Baxşəliyev və müavini Zinyət İsmayılova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) digərləri isə cinayətdə iştirakçılıqda ittihamı olunurlar. Məhkəmə gedişi zamanı vurulan maddi ziyanın 300 min manat hissəsinin ödənilib. 71 yaşlı sabiq baş hakim məhkəmədə bundan artıq vəsait ödəməyə imkanı olmadığını deyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Baxşəliyev 10 il 6 ay, Zinyət İsmayılovanın isə 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar.

 

İttiham olunan Əli Əliyev və Afət İbrahimovaya isə sınaq müddəti sevilməklə şərti cəza verilib.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rəsul Baxşəliyevin cəzası 2 il azaldılaraq 8 il 6 aya endirilib. Zinyət İsmayılovanın isə 14 yaşına çatmamış övladı olduğu üçün barəsindəki hökmün icrası təxirə salınıb. O, məhkəmə zalından azadlığa buraxılıb. (APA)

Əvvəlki məqalə

“Valideyn uşağını etibar edib…”

Sonrakı məqalə

Rusiyada məmurlara “dost olmayan” ölkələrdə əmlaka sahib olmaq qadağan ediləcək