Həftəsonu borca görə axtarışda olan 36 nəfər saxlanılıb

İyunun 15-16 tarixlərində ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Azpost.info bildirir ki, bu barədə DİN məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Əvvəlki məqalə

Teleaparıcılar AZTV-ni məhkəməyə veriblər

Sonrakı məqalə

Dağlıq və dağətəyi rayonlarda yağış yağıb –