Həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub –FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına gətirilib.

Qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qəzada həlak olan hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Yaylım atəşi açılıb.

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.

Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Qəzada həlak olan hərbçilər aşağıdakılardır:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Baş prokuror helikopter qəzası ilə bağlı şayiə yayanlara xəbərdarlıq etdi

Sonrakı məqalə

Tanınmış jurnalist Qalib İbrahimoğlu baş redaktor təyin olunub