HƏMAS 3 israilli qadın girovu azad edib

HƏMAS
HƏMAS

HƏMAS 3 israilli qadın girovu – Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edib.

AzPost xəbər verir ki, bu barədə “Yerusalem Post” məlumat yayıb.

Grovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, Qəzzada atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim etməyib. İsrail Baş naziri Binyamin Netanyahu Orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

HAMAS bu gün yerli vaxtla saat 16.00-da 3 israilli qadın girovu – Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.