Həmsədrlər Azərbaycanın və Ermənistanın XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya – İqor Popov, Fransa – Stefan Viskonti və  ABŞ – Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər.

Həmsədrlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar, həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər.

Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Atəşkəs gecə 20 dəfə pozulub –

Sonrakı məqalə

Ekspertdən təklif: