Qafanda saxlanılan Azərbaycan ordusunun hərbi qulluqçusu Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Naxçıvanda pis hava şəraiti üzündən yolu azaraq Ermənistana keçən hərbi qulluqçular saxlanılıb.
Onlardan birinin döyülərək işgəncə verilməsi barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Böyük rezonans doğuran bu hadisə hərbi əsirlərlə bağlı Cenevrə konvensiyasının pozulmasıdır.
Azərbaycan hərbçilərin geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib.