Həssas qrupa aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi ilə bağlı layihə həyata keçirilir

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas əhali qrupuna aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi” adlı layihənin icrasına başlayır.

Şəki, Zaqatala, Masallı və Zaqatala rayonlarında həyata keçiriləcək layihənin əsas məqsədi sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn məlumatların verilməsi, bu hüquqlar barəsində biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi istiqamətində əhalinin maarifləndirilməsidir.

Layihə çərçivəsində qeyd olunan rayonlarda 1 günlük tədbirlər keçiriləcəkdir. Hər tədbirdə 25 nəfər olmaqla ümumilikdə 100 nəfərin iştirakı nəzərdə tutulur. Tədbirlər 2 istiqamətdə həyata keçiriləcək.

Birinci hissə iştirakçıların sosial hüquqlarının təşviqi, sosial problemlərin həllinə yönələn həmin hüquqlara dair biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi haqqında maarifləndirilməsi, mövzuya aid paylama materiallarının təqdim edilməsindən ibarət olacaq.

İkinci hissə isə dialoq platforması formatında keçiriləcək. Yekunda əhalinin ən çox narazı qaldığı, çətinliklərlə üzləşdiyi məqamları aşkarlamaq üçün sorğunun keçirilməsi nəzərdə tutulub.

Sorğunun nəticəsinə uyğun olaraq aidiyyatı strukturlara çətinliklərin aradan qaldırılması və həlli ilə bağlı təkliflərin hazırlanıb verilməsi nəzərdə tutulub. Məlumatlar emal olunarkən və təkliflər hazırlanarkən hüquqşünas və ekspert cəlb olunacaq. Layihənin gedişi haqqında məlumatlar, press-relizlər hazırlanacaq və cəmiyyətə KİV vasitəsi çatdırılacaq.

Təşkilatda layihənin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir;

-100 nəfər həssas qrup üzvü qanunvericilikdə təsbit olunmuş sosial hüquqlar, sosial hüquqları əks etdirən qanunvericilik aktlarının müddəaları və əsas prinsipləri barədə, bu aktların sosial problemlərin həllinə yönələn işləmə mexanizmi və nəzərdə tutulan məsuliyyətlər barədə biliklərini artıracaq.

-Layihənin icrası dövründə vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi təmin ediləcək ki, vətəndaşların xüsusən aztəminatlı əhali təbəqəsi üçün hüquqlarının bərpası daha əlçatan olacaq.

-Layihənin icra müddətində vətəndaşlar tərəfindən müvafiq sosial hüquqlar ilə bağlı düzgün və hüquqi əsaslandırılmış müraciətlərin edilməsi üçün qaynar xəttin təşkili bu istiqamətdə problemləri ortaya çıxaracaq.

Həssas əhalinin ən çox narazı qaldığı, çətinliklərlə üzləşdiyi məqamları aşkarlamaq üçün keçirilməsi nəzərdə tutulan sorğunun nəticəsinə uyğun olaraq aidiyyatı strukturlara çətinliklərin aradan qaldırılması və həlli ilə bağlı təkliflərin hazırlanıb verilməsi nəzərdə tutulur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.