Həştərxanda beşmərtəbəli yaşayış binasının uçması nəticəsində bir qadın ölüb, bir neçə nəfər uçqun altında qalıb.
Bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat verib.
Onun sözlərinə görə, binadan 37-si uşaq olmaqla 213 nəfər təxliyə edilib. İlkin məlumata görə, 1 nəfər ölüb (1939-cu il təvəllüdlü qadın), bir neçə nəfər itkin düşmüş hesab olunur.