Həftəsonu sərt karantin tədbirləri ilə bağlı hələ qərar verilməyib-OPERATİV QƏRARGAH

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.

Bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirmişdi ki, bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır

Sonrakı məqalə

Bu gündən ölkədə daxili uçuşlar bərpa edilir –