“Hərşey sadədir. Çünki Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır”-Korotçenko

“Əgər Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın prezident Vladimir Putinə Qarabağa Rusiya qoşunları göndərməsi və ya uçuşsuz zona tətbiq etməsi xahişi ilə bağlı müraciətinə cavab bəyanatını diplomatik dildən məişət dilinə tərcümə etsək, görərik ki, Rusiya XİN Paşinyana nəzakətli şəkildə yox deyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Rusiya XİN-in Paşinyanın Rusiya prezidentinə kömək müraciəti ilə bağlı bəyanatını şərh edərkən bildirib.

“Niyə? Hərşey sadədir. Çünki Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır. Rusiya beynəlxalq hüquqa hörmət edir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, – deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.

Bəyanatda Rusiyanın qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazım olan bütün köməkləri göstərəcəyi vurğulanıb.

Fərid Əkbərov

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir