Həyatını riskə atdı, 8-ci mərtəbədən yıxılan uşağı xilas etdi –VİDEO

Qazaxıstanın paytaxtı Nursultanda gənc oğlan binanın 8-ci mərtəbəsində yıxılan uşağı xilas edib.

Azpost.info bildirir ki, qəhrəman qonşu – yeddinci mərtəbədə yaşayan Sabit Şontakbayev olduğu üzə çıxıb. Pəncərədən asılı uşağı görən Sabit həyatını riskə ataraq pəncərəyə çıxıb və qızı yıxılan an tutub.

Bildirilir ki, 2019-cu il təvəllüdlü uşaq yıxılan zaman evdə valideynləri ilə birlikdə olub, lakin həmin an uşağın yanında heç kim olmayıb.

Qazaxıstan Fövqəladə Hallar nazirinin birinci müavini Sabit Şontakbayevi döş nişanı ilə təltif edib.

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.