“Hacı Zeynalabdin Tağıyevin heykəli iki aya qoyulacaq” –Bəhram Bağırzadə

İki ay ərzində Azərbaycanlı milyonçu-messenat Hacı Zeynalabdin Tağıyevin heykəli “İçəri Şəhər” metrostansiyasının qarşısında qoyulacaq. 

Azpost.info bildirir ki, bu barədə şoumen Bəhram Bağırzadə bildirib. “Bu gün mən Heydər Əliyev Fondunun nümayəndələri ilə əlaqə saxladım. Mənə bildirdilər ki, iki ay ərzində böyük həmvətənimizin planlaşdırılan yerdə heykəli qoyulacaq”.

B.Bağırzadə qeyd edib ki, tezliklə Bakıda ucaldılacaq bu heykəl keçmişimzə hörmət və böyük mədəni hadisə olacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir