Türkiyəli müğənni Hadisə nişanlısı, iş adamı Mehmet Dinçerlerlə evlənib.
Bu barədə haberler.com xəbər verir. Bildirilib ki, toy bu gün İstanbulda, Çırağan sarayında baş tutub.
Nikah cütlüyün ailəsi arasında keçirilib.
Az sayda dəvət olunan qonaqlardan foto və video görüntülər yaymamaq xahiş olunub.