“Hadrutdakı kilsənin dağıdılması barədə deyilənlər yalandır” –-TƏKZİB

“Qarabağın Susanlı kəndindəki qədim kilsə dağıdılmayıb, bu kənddə tikinti-bərpa işləri aparılmır. Yerli hakimiyyətin göstərişilə tarixi abidənin məqsədyönlü şəkildə dağıdılması isə mümkün deyil”.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni abidələrin qorunması təşkilatının sədri Faiq İsmayılov Turan-a bildirib.

Ermənistan mətbuatında Amerikanın Caucasus Heritage Watch (СHW) təşkilatından sitat gətirilir ki,  2023-cü ilin noyabrında azərbaycanlılar Hadrut rayonunun Mohrenes kəndinin mərkəzindəki Surb Sargis erməni kilsəsini “təməlinə qədər” dağıdıblar. Guya dağıdılmış məbədin yerində əvvəlkinə bənzər başqa bina tikilib.

https://caucasusheritage.cornell.edu/?p=1486

Azərbaycanın müasir inzibati quruluşunda bu ərazi Qarabağ iqtisadi bölgəsinin Xocavənd rayonunun Susanlıq kəndi adlanır.

СHW Google Map-dan fotoşəkil təqdim edir ki, burada hansısa ərazi təsvir edilib və o, guya kilsənin dağıdılmasını sübut edir. Ancaq bu fotoşəkilin Susanlıq kəndinə aid olduğuna dair heç bir dəlil yoxdur.

“Susanlıq kəndindəki Alban kilsəsinə toxunulmayıb. Tarixi, mədəni abidələr üzərində bərpa və ya hər hansı digər işlərin aparılması üçün yerli hakimiyyət  Azərbaycan Milli Elmlər Akademiyasının üç institutundan-Tarix, Arxeologiya və Memarlıq institutlarından  icazə almalıdır. Bu qurumların qərarı Mədəniyyət Nazirliyinə göndərilir və nazirlik işlərin aparıla biləcəyinə dair qərar verir. Susanlıq kəndindəki Alban kilsəsilə bağlı belə bir prosedur olmayıb və heç kimin qədim abidəni özbaşına dağıtmağa haqqı yoxdur”, – Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, ermənilər XVII-XVIII əsrlərə aid Alban kilsəsini mənimsəyiblər, kilsənin mənşəyi tipik alban tək tağlı bazilikası – memarlıq tikinti üsuluna görə aydın görünür. Sovet və işğal dönəmində yarıdağılmış, yararsız hala düşmüş kilsədən anbar kimi istifadə olunub.  Ermənilər divarın yan tərəfindən təsərrüfat tikilisi əlavə ediblər ki, bu da tarixi abidələrə münasibətdə qəti şəkildə yolverilməzdir. Ermənilər binada dini ayinlər icra etməyiblər. Divarlar boya ilə yazılmış ermənicə yazılardan eybəcər hala salınıb, dam mamırla örtülüb, bunu 2022-ci ilin fotolarında görmək olar.

Xaricdəki  ermənilər  tərəfindən yaradılmış Caucasus Heritage Watch  təşkilatı ötən ilin yayında Susanlıq kəndindəki kilsəni azərbaycanlıların dağıtması ilə bağlı ilk yalan iddianı yayıb. O zaman biz  saxta nəşrdən sonra çəkilmiş fotoları göstərərək onların yalanını ifşa etdik. Fotoda kilsəyə oxunulmayıb, – Faiq İsmayılov əlavə edib.

СHW-nin təqdim etdiyi və guya Susanlıq kəndinin peykdən çəkilmiş şəkillərinin diqqətlə araşdırılması zamanı bu “sübutun” 2022-ci ildə azərbaycanlıların həmin məbədin yerdən çəkdiyi adi fotosu ilə uyğunsuzluğu aydın görünür. Əslində, məbədin binasına böyük tikililər əlavə edilib, peyk fotoşəkildə isə yaxınlığında heç bir şey olmayan hansısa tikili göstərilib.

Bundan əlavə, СHW-nin saytında kilsə binasının bütövlüyü 26 sentyabr 2023-cü il tarixilə, dağıdılmış bina isə 23 avqust 2022-ci il tarixilə göstərilir.

Caucasus Heritage Watch  təşkilatı Cornell Universiteti (ABŞ) və Praqa Universitetinin əməkdaşları tərəfindən yaradılıb. Yaradıcıları Lori Xaçaturyan, Adam Smit, Yan Lindsi, Husik Qulyan, Salpi Boçieryandır.

Fotoda Susanlıq kəndindəki Alban kilsəsi. İşğal zamanı ermənilər tərəfindən tikilmiş qanunsuz təsərrüfat tikilisi ox ilə göstərilir. İkinci, peyklə çəkilmiş foto, “barbarcasına məhvə qədər” yaxınlığında tikili olmayan hansısa qurğu ermənilər tərəfindən Surb Sarğis kilsəsi kimi qələmə verilir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Ötən gecə Rusiyanın 4 vilayətinə PUA hucumu olub