Hakan Fidan və Lavrov Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.

Hakan Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.

Əvvəlki məqalə

Astarada İran və Azərbaycan arasında yeni tranzit keçidinin açılışı olacaq

Sonrakı məqalə

Almaniya Rusiya qazını Norveç qazı ilə əvəz edib