Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüş zamanı Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti, həmçinin Ukrayna münaqişəsini müzakirə ediblər.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Beynəlxalq gündəliyin əsas məsələlərinə, o cümlədən Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyətə toxunulub. Sergey Lavrov Rusiyanın BRİKS-də sədrliyinin prioritetləri barədə məlumat verib. Ukrayna münaqişəsi ətrafında vəziyyətlə bağlı Rusiyaının fundamental qiymətləndirmələri açıqlanıb”, – məlumatda deyilir.
Azpost.info