İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda həlak olması ilə əlaqədar Fələstin xalqına başsağlığı verib.
Azpost.info xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
“İsmail Haniyənin Tehranda şəhadəti İranla Fələstin və müqavimət qüvvələri arasında dərin və qırılmaz bağı gücləndirəcək”, – Kənani deyib.
Onun sözlərinə görə, Haniyə bütün həyatını Qüdsün azad edilməsinə və İsrailə qarşı vicdanlı mübarizəyə sərf edib, onun fədakarlığı heç vaxt boşa çıxmayacaq.
Kənani qeyd edib ki, İranşn müvafiq qurumları insidentlə bağlı araşdırmaları davam etdirir.
Azpost.info