Türkiyə Xarici İşlər Nazirliyi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda həlak olması ilə bağlı yazılı açıqlama yayıb.
Azpost.info xəbər verir ki, Türkiyə XİN Haniyənin Tehranda alçaqcasına sui-qəsd nəticəsində öldürülməsini lənətlədiyini bildirib.
“Öz vətənində, öz dövlətində hüzur içində yaşaya bilmələri üçün Haniyə kimi yüz minlərlə şəhidi qurban verən Fələstin xalqına başsağlığı veririk”, – açıqlamada deyilir.
Türkiyə XİN onu da bildirib ki, baş verən olay İsrail Baş naziri Binyamin Netanyahunun hökumətinin sülhə nail olmaq niyyətində olmadığını bir daha üzə çıxarıb: “Bu hücum həm də Qəzzadakı müharibəni regional ölçüyə yaymaq məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün hərəkətə keçməsə, bölgəmiz daha böyük münaqişələrlə üzləşəcək. Türkiyə Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək”.
Azpost.info