Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Marja-ya məlum olan məlumatlara görə, indiyədək 23 şirkət və 1 partiya tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 14 milyon 527 min manat ianə ayrılıb. Fonda könüllü ödəmə edən şirkətlər: NEQSOL Holding  - 5 milyon manat Azərbaycan Beynəlxalq Bankı - 2 milyon manat Azercell Telekom – 2 milyon manat PAŞA Holding – 2 milyon manat Akkord Korporasiyası– 1 milyon manat PAŞA Bank – 500 min manat Kapital Bank- 500 min manat Amrahbank - 200 min manat AzeriMed  - 200 min manat Bank Respublika - 200 min manat Yeni Azərbaycan Partiyası - 200 min manat Siyəzən Broyler - 197 min manat Amrahsığorta - 100 min manat Kristal Abşeron - 100 min manat SƏBA - 100 min manat “Rotary Motors”,  “Yeni Motor”, “Diamond Motors”, “Subaru Azərbaycan” və “Toyota” Abşeron Mərkəzi birlikdə - 60 min manat Kontakt Home – 50 min manat Mətanət A  -  50 min manat Azəraqrartikinti - 30 min manat İrşad Electronics – 30 min manat “Foriella”  -  10 min manat   Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.