AzPost Xitab24.az-a istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Cabbar adlı şəxs barəsində cinayət işi açılıb.
Araşdırmalarla bəlli olub ki, uzun illər DSMF-nin İmişli rayon idarəsində, beş il isə Əmək Müfəttişliyində, son olaraq isə İmişli Mənzil Kommunal Təsərrüfat İdarəsində evlər üzrə mühəndis işləmiş təqsirləndirilən şəxs qazini işə düzəltmək adı ilə aldadıb, ona məxsus 2400 manat pul vəsaitini mənimsəyib.
61 yaşlı sabiq məmur oxşar əməli daha bir rayon sakininə qarşı edərək, ondan 3000 manat alıb və verdiyi vədə əməl etməyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət işi açılıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Lalin hər iki zərərçəkən məhkəməyə ərizə təqdim edərək Cabbarla barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyi bildirilib. Buna görə də iş üzrə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.