Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib.
AzPost xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin edilib.
O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.
