“Haqq bizim tərəfimizdədir”- Putin videomüraciət yaydı (VİDEO)

“Xüsusi hərbi əməliyyat azadedici xarakter daşıyır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Donbas və Novorossiya vilayətləri ilə birləşmə günü ilə bağlı videomüraciətində deyib.

“2014-cü ildən sonra Qərb sistemli şəkildə Ukraynanı əməliyyatlara, Krıma və Rusiyanın digər bölgələrinə hücumlara hazırlayırdı. Onlar nifrət və radikal millətçilik aşılayır, rus olan hər şeyə qarşı düşmənçiliyi qızışdırır, silah-sursat verirdilər, Ukrayna orudusunu yeni müharibəyə hazırlaırdı. Hadisələrin gələcək inkişafı xüsusi hərbi əməliyyatın zəruriliyini və əsaslılığını, onun həqiqətən azadedici xarakterini tam təsdiqlədi”, – Putin bildirib.

Prezident bütün vətəndaşlara birlik və vətənpərvərlik ruhuna görə təşəkkür edib və həqiqətin Rusiyanın tərəfində olduğunu bildirib. O, ayrı-ayrılıqda Donetsk və Luqansk “Xalq Respublikalarının”, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin möhkəmliyini və Vətənə məhəbbətini qeyd edib.

Vladimir Putin videomüraciəti zamanı onu da bildirib ki, ölkə Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın qəhrəmanları ilə fəxr edir və onlara dəstək olmaq üçün hər şeyi edir. Onun sözlərinə görə, indi ruslar təhlükəsiz və firavan gələcəyi müdafiə etməklə yanaşı, öz əcdadlarının xatirəsini də qoruyurlar.

Azpost.info

Əvvəlki məqalə

DYP sürücülərə müraciət etdi

Sonrakı məqalə

Prezident İlham Əliyev və oğlu Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib