Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris 7 tərəddüd edən ştatda populyarlıq baxımından Donald Trampı bir faiz üstələyir.
Azpost.info bildirir ki, bu barədə Cook Political Report analitik portalı və BSG və GS Strategy Group tədqiqat firmasının sorğusunun nəticələrinə əsasən məlumat verilib.
Sorğunun nəticələrinə görə, respondentlərin 49%-i Harrisi dəstəkləməyə, 48%-i isə Trampa səs verməyə hazırdır. Digər 2% isə qərarsız qalıb.