Vitse-prezident Kamala Harris Rusiya ilə ABŞ arasında münasibətlərin inkişafına hələlik heç bir ciddi töhfə verməyib.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Harrisin bəyanatları Moskvaya qarşı qeyri-dost ritorika ilə dolu olub.
“İndiyədək onun ikitərəfli münasibətlərimizə heç bir töhfəsi müşahidə olunmayıb. Ölkəmizə qarşı qeyri-dost ritorika ilə dolu bəzi bəyanatları olub”, – Peskov bildirib.
Azpost.info