ABŞ prezidenti Co Baydenin yarışdan çıxmasından sonra vitse-prezident Kamala Harris iki gündən az bir müddətdə kampaniyası üçün 100 milyon dollar toplayıb.
Azpost.info xəbər verir ki, bu barədə ABC News onun seçki qərargahına istinadən məlumat yayıb.
Onlar bu məbləği iyulun 21-dən (Baydenin namizədliyini geri götürdüyünü elan etdiyi vaxt) bazar ertəsi axşama qədər toplayıblar.
Bundan başqa, Harrisin kampaniyası üçün könüllü olmaq üçün təxminən 58 000 nəfər müraciət edib ki, bu da gündəlik orta göstəricidən 100 dəfə çoxdur.
Azpost.info