“Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir” –

MÜDAFİƏ NAZİRLİYİ
31 Oktyabr 2020 - 17:12

“Düşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verilən ağır itkilər nəticəsində hər dəfə geri çəkilməyə məcbur edilir”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

“Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür”, – o, əlavə edib.