Hazırda Bakıda 1 270 avtobus dayanacağı var

Hazırda Bakı şəhəri üzrə 1 270 avtobus dayanacağı mövcuddur.

Bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, dayanacaqların yerləşdirilməsi üçün müvafiq şəraitin olması vacibdir və dayanacaqlar buna uyğun olaraq quraşdırılır.

Anar Rzayev onu da əlavə edib ki, mövcud dayanacaqların yenilənməsi və yenilərinin quraşdırılması istiqamətində işlər daim aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.