“İsrail İranın hücumuna hazırlaşır”- “The Washington Post”

İsrail İranın hücumunun yaxın günlərdə olacağını düşünür.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Qəzet mənbəyə istinadən yazır ki, hazırda İsrail İranın hücumuna hazırlaşır.

Nəşr qeyd edir ki, İrandan zərbə gözləntiləri fonunda ABŞ-ın müdafiə naziri Lloyd Ostin noyabrın 1-də İsraili və regiondakı ABŞ hərbi bazalarını qorumaq üçün Yaxın Şərqə əlavə qüvvələrin, o cümlədən esmines, qırıcı və bombardmançı təyyarələrin göndərilməsi barədə göstəriş verib.

Azpost.info

Əvvəlki məqalə

Bu il Azərbaycanda 3 ailə övladına “X”, 1 ailə isə “D” adı qoymaq istəyib

Sonrakı məqalə

Qlobal temperatur artımı əsrin sonunda 3 dərəcə Selsiyə çata bilər