“Bakının təmsilçiləri Moskvada və ya hər hansı başqa bir yerdə Dağlıq Qarabağla bağlı erməni tərəfi ilə danışıqlara hazırdır”.
Azpost.info bildirir ki, bu barədə prezident İlham Əliyev TASS-a müsahibəsində bildirib.
“Biz qarşıdurmaya son qoymaq və həll yolu tapmaq üçün Moskvada və ya istənilən başqa yerdə görüşməyə həmişə hazırıq” – deyə Prezident “ danışıq üçün Moskvaya gəlməyə hazırsınızmı?” Sualının cavabında deyib.
Dövlət Başçısı bildirib ki, Bakı istənilən təmasa hazırdır. “Hazırda mən belə bir dəvət almamışam, odur ki, bu sual mənə aid deyil. Dəfələrlə şəxsən Prezident Putin və ondan əvvəl prezident Medvedyev Ermənistan və Azərbaycan rəhbərləri ilə üçtərəfli görüşlər keçiriblər. Amma Ermənistanda hakimiyyət şərti olaraq “Soros”a keçdikdən sonra bu təmaslar kəsildi”- deyə Əliyev vurğulayıb.
“Biz də sülh istəyirik. Amma Ermənistandan fərqli olaraq biz həmçinin bizə məxsus olan əraziləri də istəyirik”-deyə Prezident vurğulayıb.