“Heç bir xarici ölkə Rusiyanın çağırışına cavab verməyib”- PESKOV

Hələlik heç bir xarici ölkə Rusiyanın Ukraynanın Rusiyaya məxsus İl-76 təyyarəsinə hücumunu araşdırmaq çağırışına cavab verməyib.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, həlak olmuş ukraynalı hərbi əsirlərin cəsədlərinin qaytarılması məsələsi ilə Rusiya istintaq orqanları məşğul olur.

Peskov daha əvvəl bildirmişdi ki, Qərb ölkələri İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırma aparılmasını istəmirlər, çünki qəzada iştiraklarının üzə çıxacağından qorxurlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.