“Heç kim Azərbaycan dövlətinin icazəsi olmadan ərazisində faydalı qazıntı işləri apara bilməz”- AKP sözçüsü

Azərbaycan torpaqlarında heç kim Azərbaycan dövlətinin icazəsi olmadan faydalı qazıntı işləri apara bilməz.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Laçın dəhlizindəki gərginlik də məhz bu səbəbdən baş verib.

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki yaşayan ermənilərin Azərbaycan rəsmilərindən icazə almadan yataqlarda istismar işlərini davam etdirməsi qəbuledilməzdir. Ermənistan bölgədə artıq təxribatlardan çəkinməlidir. Bölgədə sülhün bərqərar olması hər kəs üçün xeyirli olacaq”, – Ömər Çelik əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.