HƏMAS bu gün 11 girovu azad edəcək

HƏMAS noyabrın 27-də azad ediləcək girovların siyahısını İsrail hökumətinə təhvil verib.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin mənbələri iddia edir ki, siyahı gecə saatlarında ötürülüb. Ölkənin hakimiyyət orqanları hələlik azad edilənlərin adlarını və vətəndaşlıqlarını açıqlamayıb.

HƏMAS-ın bu gün 11 nəfəri azad edəcəyi gözlənilir.

Ötən bazar günü, noyabrın 26-da HƏMAS hərəkatı ABŞ vətəndaşlığı olan 4 yaşlı qız da daxil olmaqla 14 israillini azad edib. Rusiya vətəndaşı Ron Kariboi də azad edilib.

Öz növbəsində İsrail hakimiyyəti həbsdə olan 39 fələstinlini azad edib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

İlon Mask şəxsi təyyarəsi ilə İsrailə gəlib