HƏMAS girovların azad edilməsi üçün danışıqlara başlamağa razılaşıb- “Reuters”

HƏMAS rəhbərliyi 2023-cü ilin oktyabrında İsrailə hücum zamanı əsir götürülən girovların azad edilməsi ilə bağlı danışıqlara başlamaq üçün ABŞ-ın təklifini qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazır.

Agentlik qeyd edir ki, hərəkatən nümayəndələri bu addımı Qəzza zolağında sülh nizamlanması üzrə dialoqun birinci mərhələsi başa çatdıqdan 16 gün sonra atıblar.

HƏMAS əvvəlcə İsraildən atəşkəsə əməl etməyi tələb edərək girov məsələsi ilə bağlı danışıqlardan imtina edirdi.

Jurnalistlərə açıqlama verən fələstinli rəsmilərdən biri deyib ki, HƏMAS-ın qərarı döyüşlərə son qoya bilər.

Adının açıqlanmasını istəməyən digər mənbə də bununla razılaşır. Onun sözlərinə görə, HƏMAS-ın hazırkı mövqeyi hərəkatın bundan əvvəlki bəyanatları ilə kəskin şəkildə ziddiyyət təşkil edir.

Azpost.in

Əvvəlki məqalə

Prezidentlər Şuşada Qarabağ Bəyannaməsini imzaladılar –

Sonrakı məqalə

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib