HƏMAS-ın azad etdiyi girovlara tibbi və psixoloji yardım göstərilir

İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın azad etdiyi əcnəbi girovlar üçün xüsusi reabilitasiya proqramına başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Proqram çərçivəsində həkimlər, psixoloqlar və sosial işçilər qrupu əcnəbilərin fiziki və psixi vəziyyətini qiymətləndirmək üçün testlər keçirəcək.

İlk girovlar qrupunun tərkibində İsrailə gələn 24 nəfərin hamısı xəstəxanalara yerləşdirilib. Orada onlara tibbi və psixoloji yardım göstərilir. Xəstəxanalarda onlar ailə üzvləri ilə də görüşüblər.

İsrail Səhiyyə Nazirliyi bildirir ki, söhbət 13 israilli və 11 əcnəbidən gedir. İsrail hakimiyyəti ilə HƏMAS arasında razılaşma çərçivəsində ümumilikdə 50 əcnəbi vətəndaş girovluqdan azad ediləcək.

Azpost.info

Əvvəlki məqalə

DİN kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib

Sonrakı məqalə

Avropa İttifaqında ən yüksək maaş hansı ölkələrdə verilir? –