İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirlərindən biri Valid əl-Susini Qəzzanın cənubunda zərərsizləşdiriblər.
Azpost.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əl-Susi ordunun əldə etdiyi kəşfiyyat məlumatları əsasında avqustun 9-da axşam saatlarında İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hədəfli hava hücumu nəticəsində məhv edilib.
Azpost.info