HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb.

Azpost.info bildirir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb. Xəbəri SEPAH öz bəyaantında açıqlayıb. Haniyə Tehranda yerləşən iqamətgahına edilən hücumda öldürülüb.

“Fələstinin HƏMAS müqavimət hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda şəhid olub”, – agentliyin açıqlamasında bildirilir.

HƏMAS Siyasi Büro rəhbərinin mühafizəçilərindən biri də hücumun qurbanı olub.

HƏMAS hərəkatı rəsmi açıqlamada İsmayıl Haniyənin ölümünü təsdiqləyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.