HƏMAS İsraildə törədilən terrora görə məsuliyyəti üzərinə götürüb

Təl-Əvivdə yeddi nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam briqadası üzərinə götürüb.

AZƏRTAC xəbər verir ki, hərəkatın hərbi qanadının məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Avtomatla silahlanmış iki nəfər oktyabrın 1-də Təl-Əvivin cənubunda tramvaya girərək sərnişinlərə atəş açıb. Daha sonra onlar küçədəki insanları atəşə tutublar.

İstintaq zamanı məlum olub ki, hücumu həyata keçirən hər iki şəxs İordan çayının qərb sahilindəki Xevron şəhərinin sakinləridir. Onlardan biri hadisə yerində zərərsizləşdirilib, digəri ağır yaralanıb.

Əvvəlki məqalə

Harris tərəddüd edən 7 ştatda Trampı üstələyir

Sonrakı məqalə

Valyuta məzənnələri