HƏMAS İsraili Qəzza danışıqlarını ləngitməkdə ittiham edib

İsrail Qəzzada sülh danışıqlarının raundu çərçivəsində müzakirə olunan təklifə cavabını ləngidir.

Azpost.info xəbər verir ki, bunu HƏMAS hərəkatının tərəfdarları deyirlər.

Bəyanat hərəkatın rəsmi Telegram kanalında dərc olunub.

“İsrail işğalçıları əvvəllər etdikləri kimi vaxt qazanmaq və davam edən məsləhətləşmələri pozmaq üçün öz cavablarını gecikdirməyə davam edirlər”, – bəyanatda deyilir.

HƏMAS-a görə, vasitəçilər hələ onlara danışıqların gedişi ilə bağlı yeni bir şey deməyiblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.