HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasiminin vaxtı və yeri açıqlanıb.
Azpost.info xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinə görə, HƏMAS liderinin dəfn mərasimi avqustun 2-də Qətərin paytaxtı Dohada keçiriləcək.
“Maan” agentliyi də yazıb ki, İsrail tərəfindən öldürülən İsmayıl Haniyə Qətərdəki iqamətgahında dəfn ediləcək
“Son vaxtlara qədər HƏMAS lideri daimi olaraq Dohada yaşayıb, oradan hərəkata rəhbərlik edib və regionun bir neçə ölkəsinə səfər edib”, – agentlik qeyd edib.
Azpost.info