HƏMAS lideri Tehranda necə öldürülüb? –BƏYANAT

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

Bununla bağlı bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

Qeyd olunur ki, Haniyyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrail tərəfindən onun Tehrandakı iqamətgahına basqın təşkil olunub.

Reyd nəticəsində İsmayıl Haniyyə və onun bir cangüdəni həlak olub.

İsrail ordusu CNN-ə bildirib ki, onlar “xarici mediada gedən xəbərlərə cavab vermirlər”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.