HƏMAS rus girovları azad etməkdən imtina etdi- Moskva danışıqları boşa çıxdı

Aparılan danışıqlara baxmayaraq, Fələstinin HƏMAS hərəkatı  Rusiya pasportu olan israilli girovları azad etməkdən imtina edib.

Azpost.info xəbər verir ki, təşkilatın Siyasi Bürosunun üzvü Əbu Mərzuk deyib ki, onlar yalnız İsrail hərbi əməliyyatları dayandıracağı təqdirdə azad olunacaqlar.  Bundan sonra HƏMAS girovları Qırmızı Xaça təhvil verəcək.

Əbu Mərzuk və HƏMAS-ın digər nümayəndələri bundan əvvəl oktyabrın 26-da Moskvada rus diplomatları ilə girovların taleyini müzakirə ediblər. Məsləhətləşmələr Qəzza zolağında əcnəbi girovların dərhal azad edilməsi ilə bağlı Rusiyanın mövqeyinə uyğun olaraq aparılıb. Rusiya və digər əcnəbi vətəndaşların təxliyəsinin təmin edilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.