“Hicran” tamaşasının “Orxan”ı 74 yaşında vəfat edib

“Hicran” tamaşasının Orxanı, Əməkdar artist Bəhram Əliyev vəfat edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olub.
1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.
1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır.
Allah rəhmət eləsin!
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.