“Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və Kommunikasiya idarəsi olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında bildirib.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin dezinformasiya ilə mübarizədə Azərbaycana dəstək verəcəyini bildirib.
Fəxrəddin Altun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz qaldığı ittihamları şərh edərək, onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.