Hikmət Hacıyev Avropa İttifaqı üzv ölkələrinin səfirləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşüb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı paylaşımında qeyd edib.

Bildirib ki, məhsuldar keçən görüşdə Brüssel sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.

“Biz Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik və fikir mübadiləsi apardıq”,- deyə Prezidentin köməkçisi qeyd edib.

Əvvəlki məqalə

Həbsdə olan MTN-nin sabiq əməkdaşı əfv edilib

Sonrakı məqalə

BMT-nin Baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu göndərib